
Kolbasa və sosiska kimi məhsullar asan istifadəsi ilə bir çox evdə tez-tez istifadə olunur. Foodinfo.az bildirir ki, bu məhsulların tərkibində ət miqdarı az, əvəzində nişasta, yağ və dadlandırıcı maddələr daha çoxdur. Kolbasaların hazırlanmasında istifadə edilən ətin keyfiyyəti əksər hallarda aşağı olur və əlavə qatqılarla dad tənzimlənir.
Bəzi hallarda məhsulun rəngini saxlamaq və daha cazibədar görünməsi üçün nitrit duzları istifadə olunur. Bu maddələr bədəndə nitrozamin adlı kanserogen birləşmələrə çevrilə bilər. Həmçinin, yüksək natrium miqdarı qan təzyiqini artıraraq ürək-damar xəstəlikləri riskini artırır.
Kolbasa məhsulları uzunmüddətli istehlak edildikdə qaraciyər və böyrək funksiyalarında pozuntuya səbəb ola bilər. Uşaqlar üçün bu məhsulların gündəlik menyudan çıxarılması tövsiyə olunur. Əsl ət məhsulu ilə kolbasa arasında tərkib və keyfiyyət baxımından ciddi fərq var. Sağlam qidalanma prinsiplərinə əsaslanan menyuda bu məhsullar minimuma endirilməlidir.