Axşam gec saatlarda yemək yemək bir çox insanda adi vərdişə çevrilib. Foodinfo.az bildirir ki, bu vərdiş orqanizmin təbii bioloji ritmini poza və immun sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər. Gecə vaxtı qida qəbulu həzm sistemini daha artıq yükləyir, bu da yuxu keyfiyyətinə birbaşa təsir edir.

Yuxusuzluq isə immunitetin zəifləməsinin əsas səbəblərindən biridir. Gecə yeyilən qidalar adətən daha kalorili və karbohidratla zəngin olur, bu da artıq çəki və metabolik pozuntularla nəticələnə bilər. Həmçinin, gec nahar zamanı qanda şəkərin artması insulin dirəncini gücləndirə bilər.

Uzunmüddətli perspektivdə bu, orqanizmin iltihab səviyyəsini artıraraq müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır. Araşdırmalar göstərir ki, axşam saat yeddidən sonra yeyilən qidalar orqanizmdə yağ toplanmasını sürətləndirir. Bu da qaraciyər və ürək-damar problemlərinə səbəb ola bilər. Bəzi hallarda isə gec yeməklər mədə turşusunu artıraraq reflüksə yol aça bilər. Mütəxəssislər son qidanın yuxudan ən azı üç saat əvvəl qəbul edilməsini tövsiyə edirlər.

Nəticə olaraq, gec saatda yemək təkcə piylənmə yox, həm də immun sisteminin zəifləməsi kimi ciddi problemlərə yol aça bilər.