Balıq yağı əlavələri omeqa-3 ilə zəngin olduğu üçün faydalı hesab olunur. Foodinfo.az bildirir ki, bu əlavələrin keyfiyyəti və dozalanması düzgün olmadıqda, əks təsirlər də müşahidə oluna bilər. Məsələn, qan durulaşdırıcı təsiri səbəbilə bəzi insanlarda qanaxma riskini artıra bilər.

Həmçinin keyfiyyətsiz kapsullar civə və ya digər ağır metallarla çirklənmiş ola bilər. Bu da qaraciyər və böyrək üçün təhlükə yaradır. Balıq yağı qəbul edən şəxslər eyni zamanda K vitamini balansına diqqət etməlidirlər. Həddindən artıq qəbul edildikdə isə ürəkbulanma, ishal və mədə pozğunluqları mümkündür.

Təbii balıq yeməklə əldə olunan omeqa-3 daha balanslı və təhlükəsiz hesab olunur. Həkim məsləhəti olmadan kapsul istifadəsi risklidir. Əlavə olaraq, məhsulun sertifikatlı və orijinal istehsalçısından alınması vacibdir.