
Səhər saatlarında seçilən içkilər günün ümumi ritmini müəyyən edir. Foodinfo.az DHA-ya istinadla bildirir ki, günə ilıq su ilə başlamaq orqanizmi oyadır və maddələr mübadiləsini sürətləndirir. Xüsusilə limonlu su bədənin təbii detoks prosesinə kömək edir və C vitamini ehtiyacını qarşılayır.
Zəncəfilli ilıq su isə immunitetin güclənməsində və bədəni ilıq saxlamaqda mühüm rol oynayır. Yaşıl çay səhərlər həm antioksidant təsiri, həm də yüngül kofein tərkibi ilə diqqətəlayiqdir. Təbii meyvə suları vitaminlərlə zəngin olmaqla yanaşı, bədəni enerjiylə təmin edir.
Qara çay və qəhvədən fərqli olaraq, bitki çayları orqanizmi rahatladır və stressi azaldır. Xurma suyu isə tərkibindəki təbii şəkər sayəsində enerjini sürətlə bərpa edir. Süd və bal qarışığı isə həm mədə üçün rahatdır, həm də sakitləşdirici təsir göstərir. Alma sirkəsi əlavə olunmuş su orqanizmi ilıq saxlayır və bədəni qidalanmaya hazırlayır.
Nanə və limon qarışığı ilə hazırlanan içki səhər nəfəsini təmiz saxlayır və həzm sistemini aktivləşdirir. Bu təbii içkilər günə daha enerjili və sağlam başlamağın ən etibarlı yoludur.