
Meyvə şirələri təbii görünür və sağlamlıqla əlaqələndirilir. Foodinfo.az bildirir ki, hazır meyvə şirələrinin əksəriyyəti tərkibində yüksək miqdarda şəkər saxlayır. Bu isə immun sisteminə mənfi təsir göstərərək bədənin infeksiyalara qarşı müqavimətini azalda bilər.
Şirənin lifsiz olması isə orqanizmin şəkəri sürətlə mənimsəməsinə səbəb olur. Bu da qanda şəkərin tez qalxıb-enməsinə və yorğunluğa yol açır. Evdə sıxılmış meyvə şirələri daha sağlam alternativ sayılsa da, orada da şəkər miqdarı nəzərə alınmalıdır.
Meyvənin özünü bütöv şəkildə yemək, həm vitamin, həm də lif baxımından daha faydalıdır. C vitamini və antioksidantlarla zəngin olan meyvələr immunitet üçün əlverişlidir, lakin bu, şirə şəklində tətbiq olunduqda təsiri azalır. Gün ərzində çoxlu şirə qəbul etmək əvəzinə, su ilə qarışdırılmış təbii şirələrdən az miqdarda istifadə məsləhətdir.