Yulaf sıyığı sağlam qidalanmanın simvoluna çevrilib. Foodinfo.az bildirir ki, tez bişən yulaflar daha çox emal olunduğu üçün tərkibindəki lif miqdarı azala bilər. Bu isə onu daha az doyurucu və qan şəkərinə təsir baxımından qeyri-stabil hala gətirir.

Tez bişən məhsullara tez-tez şəkər, dadlandırıcılar və süni aromatlar əlavə edilir. Nəticədə, faydalı olduğu düşünülən bu qida gizli şəkər mənbəyinə çevrilə bilər. Eyni zamanda qida rasionunun əsas hissəsini yalnız bu cür yulafla təmin etmək düzgün deyil.

Ən yaxşı seçim, bütöv və ya az emal olunmuş yulafdan hazırlanan sıyıqlardır. Onlar daha çox lif və mikronutrientlərlə zəngindir. Üzərinə təbii meyvələr, toxumlar və az miqdarda bal əlavə etməklə sağlam və doyurucu səhər yeməyi əldə etmək mümkündür. Etiketləri oxumaq və əlavə tərkiblərə diqqət yetirmək vacibdir.