Stomatoloq-terapevt və periodontoloq İnna Rostovenko sərt yaşıl tərəvəzlərin və bəzi meyvələrin diş sağlamlığı üçün faydalı olduğunu bildirib. Foodinfo.az bildirir ki, bu məhsullar diş minasını təbii şəkildə təmizləyir, diş ətlərinə masaj effekti yaradır və tüpürcək ifrazını artıraraq ağızda lövhənin yığılmasının qarşısını alır.

"Gazeta.Ru" ilə söhbətində mütəxəssis qeyd edib ki, xüsusilə çiyələyin tərkibindəki alma turşusu yüngül ağardıcı təsir göstərir və dişlərin parlaq görünməsinə kömək edir.

Rostovenko əlavə edib ki, limon və portağal kimi turşulu sitrus meyvələri də dişlərdəki piqment ləkələrinin azaldılmasına yardımçı ola bilər.

O, bu cür məhsullardan müntəzəm və balanslı şəkildə istifadə etməyi, lakin turşulu meyvələrdən sonra ağız boşluğunun yaxalanmasını tövsiyə edib.