Avokado son illərdə sağlam qidalanmanın simvollarından birinə çevrilib. Bu meyvə təkcə yüksək qida dəyəri ilə deyil, ürək-damar sağlamlığına olan faydaları ilə də seçilir. Xüsusilə qan təzyiqinə (hipertoniya) olan təsiri barədə elmi tədqiqatlar göstərir ki, avokadonun tərkibindəki bəzi maddələr təzyiqin tənzimlənməsinə müsbət təsir göstərir.

Foodinfo.az xəbər verir ki, 100 qram avokado aşağıdakı maddələri ehtiva edir:

- Kalium – təzyiq salıcı təsiri ilə tanınır.

- Monodoymamış yağ turşuları – ürək sağlamlığına faydalıdır.

- Maqnezium – damar divarlarının elastikliyini qoruyur.

- Lif – qan dövranına müsbət təsir edir.

- Antioksidantlar (E vitamini, lutein, zeaksantin) – iltihabı azaldır.

Avokado banandan daha çox kalium ehtiva edir. 100 qramda təxminən 485 mq kalium var. Mütəxəssislər gündəlik 3500–4700 mq kalium qəbulunu tövsiyə edirlər. Avokado isə bu ehtiyacın mühüm bir hissəsini qarşılayır.

Bu meyvənin tərkibindəki oleik turşusu “Pis” xolesterini (LDL) azaldır, “Yaxşı” xolesterini (HDL) artırır, damar sərtliyinin və tıxanmasının qarşısını alır.

Avokado həmçinin yüksək liflə zəngindir, bu da qan şəkərini və təzyiqi stabilləşdirir.