Bəzi dərmanlardan istifadə olunan zaman qidalanmaya diqqət etməliyik.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Türkiyəli ekspert, dietoloq Ayşe Huri Özkarabulutun sözlərinə görə, bir çox dərmanın qəbulu xəstənin həmin anda ac yoxsa tox olmasından asılıdır. Bundan əlavə antibiotiklərdən istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Çünki antibiotiklər meyvə suları, kafein və pomidorla birlikdə qəbul ediləcəyi halda mədənin turşululuğunu artırır. 

Bundan əlavə bəzi antibiotiklər süd məhsulları ilə birlikdə qəbul edilməməlidir. Qanı laxtalanmadan qoruyan dərmanlar qəbul edərkən tərkibində K vitamini olan məhsullara diqqət edilməlidir. 

Məsələn, kartof, banan, ərik, kələm, ispanaq və turp kimi məhsullarla birgə istifadə tövsiyə edilmir. 

Nurlan