Zoğal təbiətin təqdim etdiyi ən güclü antioksidant qaynaqlarından biri olaraq sağlamlığa müsbət təsirləri ilə seçilir.

Foodinfo.az xəbər verir ki, ürək sağlamlığını dəstəkləyən xüsusiyyətləri ilə tanınan bu qırmızı meyvə qan təzyiqini tarazlaşdırmaqdan immunitet sistemini gücləndirməyə qədər bir çox faydalar təqdim edir.

Zoğal tərkibindəki flavonoidlər, fol turşusu və kalium sayəsində ürəyə dost meyvədir. Müntəzəm olaraq istehlak edildikdə xolesterin səviyyəsini balanslı saxlayaraq damar tıxanmasının qarşısını alır. O, həmçinin qan təzyiqini tənzimləyir, təzyiqin qəfil yüksəlməsinin qarşısını alır və infarkt riskini azaldır.

Sümük sağlamlığına qoruyucu təsiri ilə də seçilir. Tərkibindəki manqan və digər minerallar sümük sıxlığını artırır və osteoporoz riskini azaldır. Bu meyvə xüsusilə yaşlı yaşlarda sümük itkisinin qarşısını alır və sağlam skelet quruluşunun qorunmasına kömək edir.

C, E və K vitaminləri ilə zəngin olan zoğal immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur. Tərkibindəki antioksidant sayəsində sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını alaraq ümumi sağlamlığı dəstəkləyir.

Zoğal dəri üçün də çox faydalıdır. Antioksidantlar sayəsində dərini toksinlərdən təmizləyərək daha sağlam və parlaq görünüş qazanmasına kömək edir. Yaşlanma əlamətlərini gecikdirən təsiri ilə də tanınır.

Zoğalın müntəzəm istehlakı da beyin sağlamlığının qorunmasında və yaddaşın gücləndirilməsində mühüm rol oynayır. Xüsusilə, yaşa bağlı zəka geriləməsini yavaşlada və beyin funksiyasını dəstəkləyə bilər.

Həmçinin zoğal sidiyi daha turşulu hala gətirərək böyrək daşlarının qarşısını almağa kömək edir. Xüsusilə zoğal suyu istehlakı sidik yollarını təmizləyərək infeksiya riskini azaldır.