Sağlam ürək və güclü qan dövranı bədənin bütün orqanlarının düzgün işləməsi üçün vacibdir. Foodinfo.az bildirir ki, bəzi təbii məhsullar bu prosesə dəstək olur və riskləri azaldır. Nar suyu antioksidantlarla zəngindir və damarları təmizləyir. Zəncəfil isə qan durulaşdırıcı təsirə malikdir və trombların yaranmasının qarşısını alır.

Sarımsaq qanın təzyiqini tənzimləyir və damar sərtliyinin qarşısını alır. Balıq yağında olan omeqa-3 yağ turşuları ürək ritmini stabilləşdirir.

Tünd şokolad qan dövranını sürətləndirən flavonoidlər ehtiva edir. Qara çay isə damar genişlənməsinə kömək edərək qan axınının yaxşılaşmasını təmin edir. Hər gün 1 diş sarımsaq yemək infarkt riskini azaldır. Dəniz məhsulları, xüsusən somon və skumbriya, ürək sağlamlığı üçün əvəzolunmazdır. Bu qidalar, həmçinin beyinin fəaliyyəti üçün də mühüm əhəmiyyət daşıyır.