Dərinizin sağlam və gənc görünməsi üçün düzgün qidalanma mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, bəzi təbii məhsullar dərinin elastikliyini qorumağa və qırışların yaranmasını gecikdirməyə kömək edir.

Ən təsirli məhsul yerköküdür. Tərkibindəki beta-karoten dərini ultrabənövşəyi şüalardan qoruyur. Bal dərini qidalandırıb, nəmləndirir. Yaşıl çay isə antioksidant təsiri ilə dərinin gec qocalmasına dəstək olur.

Zeytun yağı və badam dərini nəmləndirən faydalı yağlarla zəngindir. Avokado E vitamini və yağ turşuları ilə dəri hüceyrələrini bərpa edir. Nar suyu isə kollagen istehsalını artırır.