Saç tökülməsi təkcə xarici amillərlə deyil, orqanizmdəki bəzi vitamin çatışmazlıqları ilə də bağlı ola bilər. Foodinfo.az xəbər verir ki, mütəxəssislər xüsusilə B7 (biotin) çatışmazlığının saçların zəifləməsi və tökülməsinə səbəb olduğunu bildirir.

Digər vacib vitamin D vitaminidir. Onun azlığı saç follikullarının zəifləməsinə və yeni saçların çıxmamasına gətirib çıxarır. Dəmir və sink də saç sağlamlığı üçün vacib elementlərdir. Bu mineralların çatışmazlığı saç köklərinin zəifləməsi və saç tökülməsinin artmasına səbəb olur.

Mütəxəssislər saç tökülməsinin qarşısını almaq üçün balanslı qidalanmağı və ehtiyac olduqda vitamin dəstəyi qəbul etməyi tövsiyə edir.