
Həzmi asanlaşdırdığı, sümük sağlamlığını dəstəklədiyi və mineral ehtiyaclarını qarşıladığı inancı ilə bir çox insan tərəfindən istehlak edilən mineral su yanlış bir vərdişlə əslində bütün faydalarını itirə bilər.
Foodinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, mineral suyu stəkana tökərək içənlər içkinin ən qiymətli komponentlərindən məhrum olurlar.
Mineral su şüşə qabda olduğu mühitdə karbon qazı və minerallarla balanslaşdırılmış vəziyyətdə qalır. Lakin butulkadan stəkana töküldükdə maye sürətlə köpüklənməyə başlayır və tərkibindəki bəzi minerallar və uçucu elementlər proses zamanı itir. Xüsusilə köpüklənmə zamanı maqnezium və kalsium kimi qiymətli mineralların havaya qarışaraq azalda biləcəyi bildirilir.
Bu səbəbdən mütəxəssislər mineral suyun təbii formasını və balansını pozmadan birbaşa şüşədən içməyi məsləhət görürlər.
Düzgün istehlak edildikdə mineral su qan təzyiqini tarazlaşdırmağa kömək edir, əzələ kramplarının qarşısını alır və mineral çatışmazlığının tamamlanmasında rol oynayır.
Bununla belə, bu faydaları əldə etmək üçün düzgün istehlak üsulu və dozası çox vacibdir. Hər hansı sağlam məhsul kimi, mineral su da şəxsi sağlamlıq vəziyyətinə görə qiymətləndirilməlidir.