
Ağ çay – çay bitkisinin (Camellia sinensis) ən az işlənmiş, gənc tumurcuqlarından əldə edilən növüdür. Tərkibində yüksək miqdarda antioksidantlar olduğu üçün sağlamlığa bir çox fayda verir.
Foodinfo.az ağ çayın başlıca faydalarını təqdim edir:
1. Güclü antioksidant mənbəyidir. Hüceyrələri sərbəst radikallardan qoruyur. Xərçəng riskini azaltmağa kömək edir.
2. Dəriyə müsbət təsir göstərir. Kollagenin parçalanmasının qarşısını alır. Qırışların yaranmasını gecikdirir, dərinin gənc qalmasına dəstək olur.
3. Arıqlamağa kömək edir. Yağ yandırmanı sürətləndirir. Maddələr mübadiləsini tənzimləyir.
4. Ürək sağlamlığını dəstəkləyir. Qan təzyiqini tarazlaya və pis xolesterolu azaldır. Damar elastikliyini qoruyur.
5. Ağız və diş sağlamlığı üçün faydalıdır. Bakteriyaların yayılmasının qarşısını alır. Diş əti problemlərinə qarşı qoruyucu rol oynayır.
6. Stressi azaldır, zehni sakitləşdirir. Tərkibindəki teanin adlı maddə rahatlıq və diqqət artırıcı təsir göstərir.
Hamilə və ya yüksək təzyiqdən əziyyət çəkənlər, kofeinə həssas olan şəxslər həkimlə məsləhətləşməlidir.