
Son illərdə məşhurlaşan aralıq orucu həm arıqlamaq, həm də metabolizmanı gücləndirmək üçün geniş istifadə olunur.
Foodinfo.az xəbər verir ki, bu üsulda insanlar günün müəyyən saatlarında yeyir, qalan müddətdə isə oruc tutaraq bədənin yağ yandırmasına şərait yaradır.
Aralıq orucu sadə dillə desək, yemək yeyilən və yeyilməyən zaman aralığının idarə olunmasıdır.
Ən məşhur üsulları bunlardır:
- 16:8 metodu: Günün 16 saatı oruc, 8 saatı ərzində qida qəbul olunur (məsələn, saat 12:00–20:00 arası yemək, qalan vaxt su, çay, qəhvə).
- 5:2 metodu: Həftənin 5 günü normal qidalanma, 2 günü isə çox az kalori (500–600 kkal).
Aralıq orucu ilə arıqlama sürəti insandan insana dəyişsə də, 1 ayda orta hesabla 2–5 kiloqram çəki itkisi mümkündür. Lakin aşağıdakılardan asılı olaraq nəticələr dəyişə bilər:
- Başlanğıc çəki və metabolizma sürəti
- Dieta zamanı qəbul olunan qidaların keyfiyyəti
- Fiziki aktivlik
- Yuxu və stres səviyyəsi
Bəzi insanlar artıq piy ehtiyatını tez itirə, digərləri isə daha yavaş sürətlə arıqlaya bilər.
Bəs, aralıq orucunun üstünlükləri nələrdir?
- İnsulin həssaslığını artırır
- Maddələr mübadiləsini sürətləndirir
- Həddindən artıq yemənin qarşısını alır
- Həzm sistemini istirahətə buraxır
- Hüceyrə yenilənməsini təşviq edir (autofagiya)
Bu, hamilə qadınlara, şəkərli diabet xəstələrinə və müəyyən dərman qəbul edənlərə uyğun olmaya bilər.