Mətbəxlərdə qarışqaların peyda olmasının əsas səbəbi qida qalıqları, rütubət və gizlənmək üçün əlverişli yerlərdir. Qarışqalar çox ağıllı və sistemli canlılardır – bir yerdə qida mənbəyi tapsalar, tez bir zamanda oraya koloniya halında yığışırlar.

Foodinfo.az qarışqaların mətbəxə gəlmə səbəblərini təqdim edir:

1. Şirin və qida qalıqları

Bal, cem, şəkər, meyvə, çörək qırıntısı kimi şeylər qarışqalar üçün cəlbedicidir. Süfrədə və ya mətbəx masasındakı unudulmuş qida qalıqları onları cəlb edir.

2. Su və rütubət

Mətbəxdəki sızan borular, nəmli döşəmə və ya islanmış süngərlər qarışqalar üçün su mənbəyidir.

3. Giriş yolları mövcuddur

Divar çatları, pəncərə kənarları və ya mətbəxə açılan qapıların altından rahatlıqla daxil ola bilirlər.

4. Qarışqa izləri (feromonlar)

Bir qarışqa qida tapanda arxasında feromon izi qoyur, digərləri həmin yolu izləyərək qidaya gəlirlər.

Qarışqaları mətbəxdən uzaq tutmaq üçün məsləhətlər:

1. Qida qalıqlarını dərhal təmizləyin, xüsusilə şəkərli məhsulları.

2. Zibil qabını qapaqlı saxlayın və mütəmadi boşaldın.

3. Yeməkləri hava keçirməyən qablarda saxlayın.

4. Rütubəti azaldın, sızan yerləri düzəldin.

5. Giriş yollarını bağlayın: çatları silikonla və ya xüsusi dolğularla örtün.

6. Sirkə, limon suyu, darçın, mixək və ya nanə yağı qarışqaların xoşlamadığı iyələrdir – bu maddələri mətbəx künclərinə çəkmək olar.