Son illərdə bazarda vitaminlə zənginləşdirilmiş qidaların sayı artmaqdadır. Foodinfo.az bildirir ki, bu cür məhsulların faydalı olub-olmaması istehlakçını maraqlandıran əsas suallardandır. Əslində əlavə edilmiş vitaminlər bəzən təbii olanlardan daha az təsirli ola bilər.

Çünki sintez edilmiş vitaminlərin bioəldəolunması təbii mənbələrdən fərqlənir. Məsələn, portağaldakı C vitamini ilə eyni adlı sintez edilmiş vitaminin orqanizmə təsiri fərqli ola bilər. Bəzi hallarda isə vitaminin normadan artıq miqdarda əlavə edilməsi sağlamlıq üçün təhlükəli ola bilər.

A, D və E vitaminlərinin artıq qəbulu toksik təsir göstərə bilər. Market məhsullarına əlavə olunan vitaminlər bəzən reklam məqsədilə şişirdilir. Həmçinin digər zərərli əlavələrlə birlikdə təklif olunan bu məhsullar aldatıcı ola bilər. Balanslı qidalanma yolu ilə vitamin qəbul etmək daha sağlam üsuldur.

Əgər əlavə vitamin lazım olarsa, bu həkim məsləhəti ilə edilməlidir. Belə məhsullar alınarkən etiket və dozaj məlumatları diqqətlə yoxlanmalıdır.