
Mikrodalğalı soba sürətli isitmə vasitəsi kimi geniş istifadə olunur, lakin sağlamlıqla bağlı suallar doğurmaqdadır. Foodinfo.az bildirir ki, bu cür sobalarda dalğalar su molekullarını titrədir, nəticədə istilik yaranır və yemək qızdırılır. Bəzi araşdırmalarda göstərilir ki, mikrodalğalı isitmədə qidaların bəzi vitamin və mineralları azala bilər.
Xüsusilə C vitamini istiliyə qarşı həssas olduğundan mikrodalğada itkiyə uğrayır. Qidanın içərisində bərabər istilik paylanmaması isə bəzi bakteriyaların sağ qalmasına səbəb ola bilər. Bu, xüsusilə ət və toyuq məhsullarında təhlükə yaradır. Plastik qabda yeməyin mikrodalğada isidilməsi isə toksik kimyəvi maddələrin yeməyə keçməsinə səbəb ola bilər.
Buna görə də yalnız "mikrodalğa üçün uyğundur" işarəsi olan qablar istifadə olunmalıdır. Mikrodalğalı soba şüa buraxmır, ancaq elektromaqnit dalğalarından istifadə edir. Bu dalğalar qidanın genetik strukturuna müdaxilə etmir, lakin qida keyfiyyətinə müəyyən dərəcədə təsir edə bilər. Ən ideal üsul isə yeməkləri aşağı temperaturda və yavaş isitməkdir. Beləliklə, həm dad, həm də qida dəyəri daha çox qorunur.