Son illərdə populyarlaşan aralıq orucu (intermittent fasting) bir çox insanın arıqlamaq və sağlamlığını yaxşılaşdırmaq üçün seçdiyi pəhriz üsuludur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu pəhriz hər kəs üçün uyğun deyil və bəzi hallarda zərərli nəticələrə yol aça bilər.

Foodinfo.az xəbər verir ki, araşdırmalara görə, uzun müddət ac qalmaq bədəndə qan şəkərinin düşməsi, halsızlıq, əsəbilik, mədə problemləri və həddindən artıq yemək istəyinə səbəb ola bilər.

Xüsusilə şəkərli diabet xəstələri, hamilə qadınlar, uşaqlar və hormon balansı həssas olan şəxslər üçün bu pəhriz tövsiyə edilmir.

Mütəxəssislər bildirir ki, aralıq orucuna başlamazdan əvvəl həkim və ya dietoloqla məsləhətləşmək vacibdir. Əks halda, fayda vermək əvəzinə sağlamlığa zərər verə bilər.