Saçların sağlam qalması üçün vitamin balansı vacibdir. Foodinfo.az bildirir ki, B7 vitamini (biotin) çatışmazlığı saç zəifləməsi yaradır. D vitamini çatışmazlığı saç köklərini zəiflədir. Dəmir əskikliyi də saç tökülməsinə yol açır. Sink və maqnezium da saç sağlamlığında mühüm rol oynayır.

C vitamini saç dərisində qan dövranını yaxşılaşdırır. E vitamini saç tellərini qidalandırır və parlaq edir. A vitamini isə saçın nəmlənməsini təmin edir. Omega-3 yağ turşuları saçları gücləndirir. Həkimlər qidalanmada bu vitamin və minerallara diqqət etməyi tövsiyə edir. Zəngin menyu və kompleks vitamin istifadəsi faydalıdır.

Saç problemi olanlar mütləq qan analizi etdirməlidir.