
Düzgün pəhriz və məşq proqramına baxmayaraq arıqlamaq mümkün olmursa, səbəb bəzi zərərli qidalar ola bilər. Foodinfo.az xəbər verir ki, pəhriz zamanı ilk növbədə hazır souslar və paketlənmiş məhsullardan uzaq durmaq lazımdır.
İkinci təhlükəli qida şəkərli içkilər və qazlı sular sayılır. Onlar gizli şəkər mənbəyi olduğu üçün çəkini artırır. Üçüncü yerdə ağ çörək və un məmulatları gəlir. Bu məhsullar karbohidratla zəngindir və yağlanmanı sürətləndirir.
Dördüncü təhlükə duzlu qəlyanaltılar və cipslərdir. Natrium orqanizmdə su saxlayır və artıq çəkiyə səbəb olur. Beşinci zərərli qida isə şirniyyat və desertlərdir. Mütəxəssislər bu məhsullardan çəkinməyi və daha çox təbii, lifli məhsullar qəbul etməyi tövsiyə edir.