
Ürək-damar sistemi sağlam qidalanmadan birbaşa təsirlənir. Xolesterin səviyyəsini tənzimləyən qidalar infarkt və insult riskini azaldır. Foodinfo.az bikldirir ki, omega-3 ilə zəngin balıq, qoz və kətan toxumu ürəyi qoruyur. Zeytun yağı doymamış yağ olduğuna görə ürəyə faydalıdır.
Meyvə və tərəvəzlər damar elastikliyini artırır. Duzun azaldılması təzyiqin tənzimlənməsində mühüm rol oynayır. İşlənmiş qidalar və trans yağlar damarların tutulmasına səbəb ola bilər. Tam taxıllar damar tıxanmasının qarşısını alır. Gündəlik su istehlakı qan dövranını yaxşılaşdırır.
Tərəvəz salatları və buxarda bişmiş yeməklər daha təhlükəsiz seçimlərdir. Sağlam yemək vərdişləri erkən yaşdan formalaşdırılmalıdır. Beləliklə, uzunömürlülük və aktiv həyat mümkün olar.