Qan dövranının zəifləməsi orqanizmdə müxtəlif problemlərə yol açır. Mütəxəssislər bildirir ki, bəzi təbii qidalar və məhsullar qan axınının yaxşılaşmasına, ürəyin daha sağlam işləməsinə kömək edir. Foodinfo.az xəbər verir ki, bu məhsullar arasında ilk sırada zəncəfil gəlir. Zəncəfil qan damarlarını genişləndirir və qanın bədəndə rahat hərəkətini təmin edir.

Digər təsirli vasitə isə nar suyudur. Nar güclü antioksidant təsiri ilə damar divarlarını təmizləyir və ürək sağlamlığını qoruyur. Qara şokolad isə qan damarlarının elastikliyini artırır və təzyiqi tənzimləyir. Mütəxəssislər gündə bir-iki kvadrat təmiz, şəkərsiz şokoladın ürəyə faydalı olduğunu vurğulayır.

Qan dövranını sürətləndirən təbii vasitələrdən biri də çobanyastığı çayıdır. Bu çay sinirləri sakitləşdirir və qan damarlarını genişləndirir. Həkimlər bu məhsulları rasiona əlavə etməklə ürək-damar xəstəliklərinin qarşısını almağı tövsiyə edir.