Su orqanizmin fəaliyyətinin davamlılığı üçün əvəzolunmazdır. Hər bir hüceyrə, orqan və sistem suya ehtiyac duyur. Foodinfo.az bildirirki, gün ərzində orta hesabla 2–2,5 litr su tövsiyə olunur. Lakin bu miqdar yaş, bədən çəkisi və fiziki aktivliyə görə dəyişir. Ən sadə hesabla hər 30 kq çəkiyə 1 litr su düşür.

Susuzluq enerjinin azalmasına və diqqət dağınıqlığına səbəb olur. Dərinin quruluğu və baş ağrısı su çatışmazlığının əlamətidir. Su metabolizmi sürətləndirir və toksinlərin çıxarılmasına kömək edir. Yeməklə bərabər su içmək həzmə kömək edir. Qəhvə və şirin içkilər suyun yerini vermir.

Səhərlər ilıq su içmək orqanizmi oyadır. Düzgün su balansı sağlam həyatın əsas sütunlarından biridir.