Qoz-fındıq sağlamlıq üçün çox faydalıdır və tez-tez yeyilməlidir. Bu qida Altsheymer xəstəliyinin inkişaf riskini azaltmağa kömək edir. 

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq-terapevt Olqa Luşnikova danışıb.

Onun sözlərinə görə, müntəzəm olaraq qoz-fındıq yemək lipid profilini normallaşdırır, pis xolesterinin səviyyəsini azaldır və yaxşı xolesterinin səviyyəsini artırır, eləcə də ateroskleroz və digər ürək-damar xəstəlikləri riskini azaldır, beyin fəaliyyətini stimullaşdırır, dəri, saç və dırnaqları gözəl və sağlam edir. 

Bundan əlavə, qoz-fındıq mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır, şişlərin böyüməsini ləngidir, qalxanabənzər vəzinin sağlamlığını və immuniteti qoruyur, həmçinin bədən hüceyrələrini müxtəlif zədələrdən saxlayır, kişi və qadınların cinsi funksiyasına müsbət təsir göstərir. 

Diyetoloq İrina Mansurova da qoz-fındığın potensiya və sinir fəaliyyətinin stimulyatoru kimi xidmət etdiyini bildirib. Onun sözlərinə görə, güclü cinsin nümayəndələri hər gün 25-35 qram qoz-fındıq yeməlidirlər.

"Qoz-fındıq sizə ən azı üç saat enerji verəcək məhsuldur; səhər yeməyi və ya axşam yeməyi üçün mükəmməldir. Kalorili olmasına baxmayaraq, pəhriz saxlayan insanlar belə, ondan imtina etməməlidirlər. Qoz-fındığın tərkibində çoxlu yağ olsa da, çəki artımına səbəb olmur və atışdırmalıq üçün əla seçimdir", - deyə mütəxəssis vurğulayıb.

Diyetoloq əlavə edib ki, qoz tərkibində immun sistemini qoruyan qida maddələrinin - E və B6 vitaminlərinin, eləcə də mis və fol turşusunun olduğu üçün iltihab əleyhinə ən yaxşı qidalardandır.