Mütəxəssislər Vegetarian qidalanma tərzində zülal ehtiyacının düzgün qidalarla rahat şəkildə qarşılana biləcəyini bildirirlər. Onların sözlərinə görə, bitki mənşəli bir çox məhsul orqanizm üçün vacib amin turşuları və faydalı qidalarla zəngindir.
Foodinfo.az xəbər verir ki, paxlalılar vegetarianların əsas zülal mənbələrindən hesab olunur. Lobya, mərcimək, noxud və paxla həm yüksək zülal, həm də lif tərkibi ilə seçilir.
Soya məhsulları da ən güclü bitki mənşəli zülal qaynaqları sırasındadır. Tofu, soya südü və tempeh kimi məhsullar vegetarian menyularında geniş istifadə olunur.
Qoz-fındıq və toxumların da faydalı seçim olduğunu bildirirlər. Badam, qoz, fındıq, çia və kətan toxumu həm zülal, həm də sağlam yağlarla zəngindir.
Tam taxıllı məhsulların da müəyyən miqdarda zülal ehtiva etdiyi vurğulanır. Yulaf, kinoa və qəhvəyi düyü vegetarian qidalanmada mühüm yer tutur.
Süd məhsulları və yumurta istifadə edən vegetarianlar üçün qatıq, pendir və yumurta da əlavə zülal mənbəyi sayılır.
Dietoloqlar bildirirlər ki, müxtəlif bitki mənşəli qidaları birlikdə istifadə etmək orqanizmin ehtiyac duyduğu amin turşularını almağa kömək edir.






