Şüyüd yeməklərə xüsusi ətir və dad verən ən çox istifadə olunan göyərtilərdən biridir. Lakin onun tez solması səbəbindən bir çox insan bu göyərtini uzun müddət təzə saxlamağın yollarını axtarır.

Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, şüyüdü uzun müddət saxlamaq üçün sadə və effektiv üsullar mövcuddur. Ən praktik variantlardan biri şüyüdün xüsusi pasta formasında hazırlanmasıdır. Bunun üçün göyərti yaxşı yuyulur və xırda doğranır, daha sonra üzərinə az miqdarda su və sirkə əlavə edilərək blenderdə qarışdırılır. Dadına uyğun olaraq bir neçə diş sarımsaq da əlavə oluna bilər. Qarışım tam homogen hala gəldikdən sonra duz və bitki yağı əlavə edilir. Hazırlanan pasta qapaqlı bankada soyuducuda saxlanıla bilər və uzun müddət istifadə üçün yararlıdır.

Mütəxəssislər bildirirlər ki, bu üsul şüyüdün həm aromasını, həm də qida dəyərini qorumağa kömək edir. Beləliklə, göyərti yalnız təzə halda deyil, müxtəlif yeməklərdə hazır ədviyyat kimi də istifadə oluna bilər.

Bundan əlavə, bəzi bağbanlar şüyüdün köhnəlmiş hissələrini də tullamamağı tövsiyə edirlər. Tam bişirmə və ya salat üçün yararlı olmasa da, bu hissələr qurudularaq saxlanıla bilər. Qurudulmuş şüyüd daha sonra turşuların – xüsusilə xiyar və pomidorun duzlanmasında istifadə olunur.

Mütəxəssislərin fikrincə, düzgün saxlanma üsullarından istifadə etməklə göyərtinin israfının qarşısını almaq və onu ilboyu istifadə etmək mümkündür. Bu yanaşma həm qənaətcildir, həm də mətbəxdə rahatlıq yaradır.