Bədən hüceyrələri lesitini sevir. Bu, emulsiyalaşdırıcı xüsusiyyətləri ilə tanınan yağa bənzər bir maddədir.

 Foodinfo.az bildirir ki, bədənimizdə lesitin ödün əmələ gəlməsində iştirak edir, onu maye halına salır və yağların udulmasını asanlaşdırır.

Bundan əlavə, lesitin hüceyrə membranlarına daxil olaraq onları çevik edir. Bu, xüsusilə qaraciyərə aiddir.

Sözügedən maddədən siz yaddaş və konsentrasiya üçün vacib neyrotransmitter olan, asetilkolinə çevrilən xolin alırsınız.

Yumurta, günəbaxan və soyada çoxlu lesitin var. Hüceyrə sağlamlığı üçün vacib olduğuna görə hər kəsə tövsiyə olunur.

Qida əlavəsi olaraq isə, lesitin yeməkdən əvvəl qəbul edilir. 

Bədənimizdəki hüceyrə membranlarının əsas komponenti olan lesitin hüceyrələrə daxil olan və xaric olan maddələri, eləcə də hüceyrə funksiyasını tənzimləməyə və hüceyrələr arasında əlaqə saxlamağa kömək edir.