Yay aylarında dərini ultrabənövşəyi şüalardan qorumaq xüsusilə vacibdir. Foodinfo.az bildirir ki, bu barədə dermatoveneroloq və kosmetoloq Nataliya Mixaylova RT-yə danışıb. Onun sözlərinə görə, UV şüaları dəridə sərbəst radikalların yaranmasına, vaxtından əvvəl qocalma və piqment ləkələrinin əmələ gəlməsinə səbəb olur. Həkim bildirib ki, antioksidantlarla zəngin qidalar bu təsirlərin qarşısını almaqda mühüm rol oynayır.

Mixaylova yay aylarında qaragilə, moruq, çiyələk, albalı, qarpız və şaftalı kimi meyvələrin qəbulunu tövsiyə edib. O qeyd edib ki, bu məhsullar hüceyrələrin yenilənməsini sürətləndirir və dərinin elastikliyini qoruyur. Pomidor isə tərkibindəki likopenlə dərini UV radiasiyasından qoruyan ən güclü vasitələrdən biridir.

Yaşıl tərəvəzlər, xüsusilə brokoli, ispanaq və xiyar da bu baxımdan olduqca faydalıdır. Həkim əlavə edib ki, moruq və albalının C vitamini və antosiyaninlə zəngin olması dərinin qocalmasının qarşısını alır. Zerdeçal, darçın və tünd şokolad da yay menyusunun tərkib hissəsi olmalıdır.

Mütəxəssis bildirib ki, bu məhsullardan hazırlanan smuzi və salatlar həm dadlı, həm də sağlamlıq baxımından olduqca faydalıdır. Yay mövsümündə zeytun yağı ilə tərəvəz salatları və təbii içkilər də oksidləşdirici streslə mübarizədə effektiv vasitə sayılır.

Mənbə: RT