
Arıqlamaq istəyənlər üçün bəzi meyvə və tərəvəzlər xüsusilə faydalı hesab olunur. Foodinfo.az bildirir ki, Krasnoqorsk xəstəxanasının ümumi praktikantı Anastasiya Lozikova pəhrizdə kivi və balqabağa yer verməyin artıq çəkidən qurtulmağa dəstək olduğunu bildirib.
Ekspertin sözlərinə görə, bu məhsullar orqanizmdə kalori çatışmazlığı yaradaraq bədəni minimal enerji ilə doyurur və arıqlama prosesini sürətləndirir. Mütəxəssis əlavə edib ki, xiyar, kərəviz və brokoli də maddələr mübadiləsini tənzimləyən məhsullar sırasındadır.
Anastasiya Lozikova qeyd edib ki, giləmeyvələr, xüsusilə qaragilə, moruq və qarağat tərkibində az şəkər və çoxlu antioksidant ehtiva etdiyi üçün pəhrizlərdə mütləq istifadə olunmalıdır. Bu meyvə və tərəvəzlər orqanizmdə toksinlərin xaric olunmasını asanlaşdırır və immuniteti dəstəkləyir.
Mütəxəssis sağlam arıqlama üçün bu məhsulların rasionda müntəzəm yer almasını məsləhət görüb.
Mənbə: Podmoskovie Segodnya