Keyfiyyətli yuxu bədən və ruh sağlamlığının əsası sayılır. Foodinfo.az aif.ru-ya istinadla bildirir ki, bəzi qidalar rahat və dərin yuxunu təmin edir. Banan tərkibindəki maqnezium və kaliumla əzələləri boşaldır və yuxu gətirir.

Süd və bal qarışığı bədəni sakitləşdirib yuxu keyfiyyətini artırır. Çobanyastığı çayı sinir sistemini sakitləşdirərək gecə yuxusunu dərinləşdirir. Badam E vitamini və maqnezium sayəsində sinirləri yumşaldır. Yulaf amin turşuları və liflərlə zəngin olub rahatlaşdırıcı təsirə malikdir.

Kivi serotonin səviyyəsini artıraraq yuxunu tənzimləyir. Təbii qatıq və kefir də yüngül toxluq və rahatlıq hissi yaradır. Qoz melatonin hormonunu dəstəkləyib bədəni yuxuya hazırlayır. Nanəli bitki çayları əsəbləri sakitləşdirir və bədəni yuxuya kökləyir. Bu qidalarla axşam rasionunu zənginləşdirmək daha rahat və sağlam yuxunun açarıdır.