Bəziləri tərəvəzləri təmiz qəbul etmək üçün qabıqlarını soyur. Foodinfo.az aif.ru-ya istinadla bildirir ki,  tərəvəzlərin qabığı onların tərkibindəki əsas vitamin və lifin böyük hissəsini təşkil edir. Məsələn, kök, xiyar, badımcan və kartof kimi tərəvəzlərdə antioksidantlar əsasən qabığa yaxın hissədə toplanır. Soyulduqda bu faydalı maddələr itirilir.

Həmçinin qabıqda olan liflər həzm sistemini stimullaşdırır və bağırsaqların fəaliyyətini tənzimləyir. Tərəvəzlərin düzgün yuyulması, qabıqla yeyilməsi daha sağlam seçimdir. Xüsusilə orqanik və yerli məhsullarda qabığın saxlanması lazımdır. Bəzi qabıqlar, məsələn, balqabaq və şirin kartofda immun sistemini gücləndirən maddələr var ki, bu da sağlamlıq üçün önəmlidir. Düzgün təmizlənmiş və qabıqlı bişirilən tərəvəzlər həm daha ləzzətli, həm də daha qidalıdır.