
Acı bibər əsrlər boyu yalnız ədviyyat kimi deyil, həm də şəfa məqsədilə istifadə olunmuşdur. Tərkibindəki kapsaisin maddəsi ona həm kəskin dad, həm də bir çox sağlamlıq faydası bəxş edir. Həm mətbəxdə, həm də təbii müalicə üsullarında mühüm yer tutan acı bibər doğru miqdarda istifadə edildikdə orqanizm üçün çox dəyərlidir.
Foodinfo.az acı bibərin əsas faydalarını təqdim edir:
- Kapsaisin maddəsi bədənin istiliyini artıraraq maddələr mübadiləsini sürətləndirir. Bu, daha çox kalori yandırılmasına kömək edir və arıqlamaq istəyənlər üçün faydalıdır.
- Sinir uclarını müvəqqəti olaraq keyləşdirir. Bu səbəbdən acı bibər krem və məlhəmlərdə bel, oynaq və revmatik ağrılar üçün istifadə olunur.
- Acı bibər C vitamini ilə zəngindir. Bu da orqanizmi infeksiyalardan qorumağa, immun sistemini gücləndirməyə yardım edir.
- Araşdırmalar göstərir ki, acı bibər qan dövranını yaxşılaşdırır, pis xolesterin səviyyəsini azaldır və damarların tıxanmasının qarşısını alır.
- Acı bibər mədə şirəsini artıraraq həzmi sürətləndirir. Eyni zamanda bağırsaq fəaliyyətini də tənzimləyir. Lakin mədə turşuluğu olan şəxslər çox diqqətli olmalıdır.
- Kapsaisin və digər antioksidantlar mikroblara qarşı qoruyucu təsir göstərə bilər. Bu, xüsusilə təbii qidalanmanı üstün tutan insanlar üçün əhəmiyyətlidir.
Acı bibər göz və ağız selikli qişasına toxunduqda yanma hissi yarada bilər. Əl ilə təmasdan sonra əlləri yaxşı yumaq lazımdır.
Mədə problemi olanlar və yüksək təzyiqdən əziyyət çəkənlər həkim məsləhəti ilə istifadə etməlidirlər. Uşaqlara və həssas insanlara verilməməlidir.