Süd və süd məhsulları gündəlik qidalanmanın ayrılmaz hissəsidir, lakin onların tərkibi düşündüyümüz qədər təmiz olmaya bilər. Foodinfo.az bildirir ki, bəzi hallarda süd məhsullarında antibiotik qalıqlarına rast gəlinir ki, bu da uzunmüddətli sağlamlıq riskləri yaradır. Heyvanlara xəstəliklərə qarşı verilən antibiotiklər, sağılma prosesindən sonra kifayət qədər gözləmə müddəti saxlanmadıqda südə keçə bilir. Bu qalıqlar insan orqanizmində antibiotikə qarşı davamlılıq yaradır və gələcəkdə müalicə çətinləşə bilər.

Eyni zamanda, uşaqlar və yaşlılar bu maddələrə qarşı daha həssas olurlar. Süd məhsullarının sənaye üsulu ilə hazırlanması zamanı bu cür qalıqlar bəzən gizli qalır və istehlakçılar bunun fərqinə varmırlar. Qanunvericilikdə maksimum icazə verilən hədd mövcuddur, lakin bəzi hallarda bu normanın aşılması müşahidə olunur.

Orqanik və nəzarətli təsərrüfatlardan alınan süd məhsulları daha təhlükəsiz hesab olunur. Etibarlı brendlərin məhsullarına üstünlük verilməsi istehlakçını bu riskdən qoruya bilər. Xüsusilə pendir, qatıq və ayran kimi məhsulların keyfiyyəti diqqətlə yoxlanmalıdır.