Marketlərdə "100 faiz təbii" adı ilə satılan meyvə şirələri bir çox valideyn tərəfindən uşaqlar üçün faydalı içki kimi təqdim edilir. Foodinfo.az bildirir ki, bu içkilərin tərkibindəki şəkər miqdarı bəzən qazlı içkilərlə müqayisə olunacaq qədər yüksək olur. Şirələrin emal prosesi zamanı tərkibindəki lif və təbii vitaminlər əhəmiyyətli dərəcədə azalır.

Bu da onların qidalandırıcı dəyərini azaldır və yalnız kalori mənbəyinə çevirir. Şəkərli meyvə şirələri uşaqlarda artıq çəki, insulin müqaviməti və diş çürüməsinə səbəb ola bilər. Mütəxəssislər bu içkilərin gündəlik menyudan çıxarılmasını və əvəzində təzə meyvə istifadəsini tövsiyə edirlər.

Hətta evdə sıxılmış meyvə şirələri belə məhdud miqdarda qəbul edilməlidir. Təbii hesab edilən məhsulların tərkibində "fruktoza siropu" və ya "qatılaşdırılmış meyvə püresi" kimi maddələr olduqda, bu da əlavə şəkər deməkdir. Etiketləri diqqətlə oxumaq və alternativ olaraq su, süd və ya təzə meyvə yemək daha sağlam seçim sayılır.