Qocalma əlamətlərini ləngitmək üçün bəzi təbii məhsulların təsiri elmi olaraq təsdiqlənib. Foodinfo.az bildirir ki, kosmetoloq və dermatoloq Violetta Maigurova qaragilə, moruq, çiyələk və böyürtkənin antioksidant mənbəyi olduğunu və orqanizmdə qocalma prosesini gecikdirdiyini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, bu giləmeyvələrdə olan antosiyaninlər hüceyrələri zədələnmədən qoruyur və dərinin vəziyyətini yaxşılaşdırır. O, əlavə edib ki, ispanaq, kələm və brokoli də bədəni oksidləşdirici stressdən müdafiə edərək qocalma prosesini zəiflədir.

Bundan başqa, badam, qoz və kətan toxumu dərinin nəmliliyini və elastikliyini qorumağa kömək edir. Ekspert vurğulayıb ki, qoz-fındıq E vitamini ilə zəngindir və bu, hüceyrələri sərbəst radikalların təsirindən müdafiə edir.

Mütəxəssis sağlam dəri və gənc görünüş üçün bu qidaların rasionda müntəzəm yer almasını tövsiyə edir.

Mənbə: Gazeta.Ru