Düyü dünyanın ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin düyünün təkcə ağ rəngdə olanı yox, qəhvəyi, qara, qırmızı və hətta bənövşəyi kimi müxtəlif rəngləri də var. 

Foodinfo.az xəbər verir ki, bu rəng fərqləri təkcə görünüşlə deyil, həm də qidalanma dəyəri və sağlamlığa təsiri ilə fərqlənir. Bəs hansı rəngdə düyü daha faydalıdır?

1. Qara düyü 

Tarixdə bir zamanlar yalnız Çin imperatorlarının yeməsinə icazə verilən qara düyü, antioksidant baxımından ən zəngin növlərdən biridir.

Tərkibində antosiayanin adlı güclü antioksidant va. İltihab əleyhinə və xərçəngə qarşı qoruyucu təsir göstərir. Göz və ürək sağlamlığını dəstəkləyir. Yüksək lif və dəmir tərkiblidir.

Antioksidant axtarırsınızsa, qara düyü ən faydalı seçimdir.

2. Qırmızı düyü

Qırmızı rəngini təbii antioksidant olan antosiyanin və flavonoidlərdən alır.

Xolesterini tənzimləyir, qan dövranını yaxşılaşdırır, yüksək miqdarda liflə bağırsaqları aktivləşdirir, enerji verir və uzun müddət tox saxlayır

Ürək-damar sağlamlığını qorumaq və enerjili qalmaq istəyənlər üçün idealdır.

3. Qəhvəyi düyü

Ağ düyüdən fərqli olaraq, qəbulu zamanı qabığı soyulmur və tərkibindəki faydalı maddələr saxlanılır.

Yüksək liflə toxluq hissini uzadır, qan şəkərini yavaş yüksəldir, mədə-bağırsaq sistemini gücləndirir, B vitamini və maqneziumla zəngindir.

Pəhriz saxlayanlar və diabet riski olanlar üçün ən uyğun düyü növüdür.

4. Ağ düyü

Ən çox yayılmış və geniş istifadə olunan növdür, lakin istehsal zamanı lifli hissələri və vitaminləri itirir.

Həzm sistemi üçün asandır, enerjini tez təmin edir, aşağı lifli olduğu üçün bəzi həssas mədələr üçün uyğundur,

Ağ düyü ləzzət baxımından geniş istifadə olunsa da, qidalanma baxımından daha az üstünlüyə malikdir.

Əgər məqsədiniz antioksidant almaqdırsa, qara düyü, ürək sağlamlığınızı qorumaqdırsa, qırmızı düyü, pəhriz və şəkər balansıdırsa, qəhvəyi düyü,

Qara və qırmızı düyü sağlamlıq baxımından ən üstün sayılır, lakin hər biri fərqli məqsədlər üçün faydalıdır. Ən yaxşı nəticə üçün bu düyü növlərini növbə ilə və balanslı şəkildə rasionunuza daxil etmək tövsiyə olunur.