
Endokrinoloqlar vacib bir qaydanı xatırladır. Foodinfo.az bildirir ki, "Tibb" ASC-nin həkimi, Akademik Roytberqin Klinikası endokrinoloqu Natalia Tananakina qarabaşaq yarmasını çay və ya qəhvə ilə qəbul etməməyi məsləhət görüb.
Ekspert “Gazeta.Ru” saytına açıqlamasında bildirib ki, bu içkilərin tərkibində olan taninlər dəmirin orqanizmdə normal sorulmasını əngəlləyir. Xüsusən də yemək zamanı və ya dərhal sonra çay içildikdə bu təsir daha çox hiss olunur.
Həkim Tananakina çay və ya qəhvəni yeməkdən ən azı 30-40 dəqiqə əvvəl və ya 1,5-2 saat sonra içməyi tövsiyə edib. Onun sözlərinə görə, düzgün vaxt seçmək dəmir çatışmazlığının qarşısını almağa kömək edir.
Mütəxəssis həmçinin vurğulayıb ki, dəmirin orqanizmdə daha yaxşı sorulması üçün tərkibində dəmir olan məhsulları C vitamini ilə zəngin qidalarla birlikdə qəbul etmək məqsədəuyğundur. Bunun üçün təzə tərəvəzlər, sitrus meyvələri və giləmeyvələr xüsusilə faydalıdır.
Mənbə: Gazeta.Ru