Bəzi meyvələr yüksək şəkər və qlisemik indeksə malik olduğu üçün qan şəkərini sürətlə yüksəldir. 

Foodinfo.az xəbər verir ki, üzüm bu meyvələrin başında gəlir, çünki tərkibindəki təbii şəkərlər az miqdarda belə qan şəkərinə təsir edir. 

Banan da xüsusilə çox yetişmiş halda olduqda qlükoza miqdarı artır və bu, şəkər balansını pozur. 

Manqo və ananas kimi tropik meyvələr şirin dadı ilə yanaşı yüksək şəkərlə zəngindir və diqqətlə istifadə olunmalıdır.

Qurudulmuş meyvələr, məsələn, ərik qurusu və xurma daha yüksək şəkər konsentrasiyasına malikdir və bu səbəblə şəkər xəstələri üçün təhlükəli ola bilər. 

Qarpız isə yüksək su tərkibinə baxmayaraq, qlisemik indeksi yüksək olduğu üçün ehtiyatla yeyilməlidir. 

Şəkər xəstələri bu meyvələrdən ya uzaq durmalı, ya da miqdarını ciddi şəkildə nəzarətdə saxlamalıdır. Bunun əvəzində alma, moruq, böyürtkən, nar və greypfrut kimi meyvələr daha uyğun hesab olunur.