Misirdə qəbul olunan qərar ilə hər cür şəkər tozunun ixracı üç ay müddətində məhdudlaşdırılıb.

Foodinfo.az FED.az-a istinadən xəbər verir ki, Misir şəkər ticarətində nisbətən kiçik ixracatçı olsa da, məhdudlaşdırma qərarının təxminən 250 min ton şəkər ticarətinə təsir edəcəyi gözlənilir.

Qərarın qəbulundan sonra şəkər tozunun fyuçersləri Londonda 2,2 faiz bahalaşıb, xam şəkər də dəyər qazanıb. Beləliklə, şəkər fyuçersləri altı ildən çox müddətdə ən yüksək səviyyəyə qalxıb.

"Covrig Analytics"in Baş Analitiki Claudiu Covrig, Misirin qərarının şəkər istehlakının artdığı Ramazan ayına təsadüf etdiyini və məhdudiyyətlərin yerli qiymətləri endirməyə kömək edəcəyini gözlədiklərini bildirib.

Misirin daxili ticarət və tədarük naziri Əli Əl-Moselhi Misirin hazırkı şəkər ehtiyatlarının üç ay davam edəcək səviyyədə olduğunu bildirdiyi dəyərləndirməsində, yerli çuğundur şəkəri istehsalının boşalan ehtiyatların doldurulmasına kömək edəcəyini qeyd edib.

Beynəlxalq Şəkər Təşkilatının fevral ayındakı təxminərinə görə, Misirin oktyabr ayında başlayan 2022-23 mövsümündə 200 min ton saflaşdırılmış şəkər ixrac edilməsi gözlənilir.