
Qəhvəli çia toxumu pudinqi həm enerji verən, həm də tox tutan sağlam bir reseptdir. Foodinfo.az xəbər verir ki, çia toxumu yüksək lif, protein və omeqa-3 yağ turşuları ilə zəngindir, qəhvə isə zehni oyandırır və metabolizmi sürətləndirir.
Qəhvəli çia toxumu pudinqi düzəltmək üçün lazım olanlar:
- 2 xörək qaşığı çia toxumu
- 1 çay stəkanı süd (bitki və ya heyvan mənşəli)
- 1 çay qaşığı qəhvə (həll olunan və ya espresso)
- 1 çay qaşığı bal və ya ağcaqayın siropu (istəyə bağlı)
- 1/2 çay qaşığı darçın (əlavə ləzzət üçün)
Hazırlanması:
1. Südü qızdırın və içərisinə qəhvəni əlavə edib yaxşıca qarışdırın.
2. Qarışığın içinə çia toxumlarını əlavə edin və yenidən qarışdırın.
3. Bal və darçını əlavə edib qarışdırdıqdan sonra qarışımı soyuducuya qoyun.
4. 3-4 saat və ya bir gecə saxlayın, çünki çia toxumları şişərək pudinq konsistensiyası alacaq.
5. Üzərinə fındıq, badam və ya kakao tozu səpərək servis edə bilərsiniz.