
Yer kökü-tərəvəzlər içərisində glisemik indeksi ən yüksək olanlardandır. Aclıq verici xüsusiyyəti olduğundan pəhrizlərdə çox məsləhət görülmür.
Darçın- qattığı aromalarla və qoxusu ilə çox sevilən bir qidadır.qan şəkərini tənzimləyir və yağ yandırıcı xüsusiyyətinə görə pəhrizlərdə çox istifadə olunur. Amma istifadəsi çoxaldıqda iştah verici təsiri vardır.
Banan- glisemik indeksi çox olan bir meyvə olduğundan pəhrizlərdə istifadəsi məsləhət görülmür.
Qırmızı acı bibər- yağ yandırıcı xüsusiyyəti ilə bilinsə də çox yeyildikdə iştahın artmasına və kökəlməyə səbəb olur.
Noxud- mədə təmizləyici xüsusiyyəti olsa da pəhrizlərdə çox yeyilməsi məsləhət görülmür.
Əncir -çəki artıran, şəkər dəyəri çox olan bir meyvədir.Pəhrizlərdə məsləhət görülmür. (Metbuat.az)




