Dünyada ən çox istehlak edilən içkilərdən biri olan qara çayın sağlamlığa bir sıra müsbət təsirləri olduğu bildirilir. Bu içki düzgün və ölçülü şəkildə qəbul edildikdə orqanizm üçün faydalı hesab olunur.
Foodinfo.az xəbər verir ki, qara çay güclü antioksidant mənbəyidir. Tərkibindəki polifenollar hüceyrələri sərbəst radikalların zərərindən qorumağa kömək edir.
Müntəzəm istehlak ürək-damar sağlamlığını dəstəkləyir və xolesterin səviyyəsinin tənzimlənməsinə müsbət təsir göstərir.
Qara çayın tərkibindəki kofein və L-teanin maddələrinin diqqəti artırdığı və zehni ayıqlığı gücləndirdiyi qeyd olunur. Bu səbəbdən bir çox insan günə qara çayla başlayır.
Bundan əlavə, qara çayın həzm sisteminə dəstək verdiyi, köp və narahatlıq hissini azaltdığı bildirilir. Tərkibindəki təbii maddələr immun sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər.
Bəzi araşdırmalar isə qara çayın stressin azalmasına və rahatlama hissinin artmasına kömək etdiyini göstərir.
Qara çayın həddindən artıq və xüsusilə çox şəkərlə birlikdə qəbulu sağlamlıq üçün zərərli ola bilər. Gün ərzində 2–3 fincan qara çay kifayət hesab olunur.






