Üzüm suyu həm dadlı, həm də sağlamlıq üçün faydalı olan təbii bir içkidir. Xüsusilə qırmızı və qara üzüm suyu antioksidantlar, vitaminlər və mineral maddələrlə zəngindir.

Foodinfo.az üzüm suyunun əsas faydalarını təqdim edir:

– Qırmızı və qara üzüm suyu resveratrol, flavonoidlər və C vitamini ilə zəngindir. Hüceyrələri zədələnmədən qoruyur, erkən qocalma və xərçəng riskini azaldır.

– Damar elastikliyini artırır. Pis xolesterolu azaldaraq infarkt və insult riskini azaldır.

– Qan durulaşdırıcı təsir göstərərək qanın daha yaxşı dövr etməsinə yardım edir. Bəzən təbii aspirin kimi də adlandırılır (xüsusilə tünd üzüm şirəsi).

– Tərkibindəki C vitamini və antioksidantlar bədəni viruslara qarşı qoruyur. Soyuqdəymə və infeksiyalara qarşı təbii dəstəkdir.

– Təbii şəkər və karbohidratlarla zəngindir. Fiziki və zehni yorğunluq zamanı güclü təbii enerji mənbəyidir.