Ərik çayı həm ləzzəti, həm də sağlamlıq üçün verdiyi təsirlərlə diqqət çəkir. Qurudulmuş ərik və ya ərik yarpaqlarından hazırlanan bu çay orqanizmə bir çox sahədə dəstək verir.

Foodinfo.az ərik çayının əsas faydalarını təqdim edir:

1. Həzm sistemini yaxşılaşdırır

Ərik çayı bağırsaqların işləməsini dəstəkləyir. Qəbizlik problemini aradan qaldırmaqda təbii bir vasitə sayılır.

2. Təbii antioksidant mənbəyidir

Ərik çayı antioksidantlarla zəngindir. Bu, bədəni sərbəst radikallardan qoruyaraq hüceyrələrin qocalmasını ləngidir.

3. Dərini gözəlləşdirir

Bu meyvədəki A vitamini və beta-karoten sayəsində dərini qidalandırır, parlaqlığını artırır, sızanaqlarla mübarizədə köməkçi olur.

4. İmmuniteti gücləndirir

Xüsusilə C vitamini ilə zəngin olduğu üçün soyuqdəymə və infeksiyalara qarşı bədənin müqavimətini artırır.

5. Ürək sağlamlığını dəstəkləyir

Kaliumla zəngin olan ərik çayı qan təzyiqini tənzimləməyə kömək edə və ürəyin ritmini qorumağa yardımçı olur.

6. Arıqlamağa kömək edir

Ərik çayı az kalorilidir və təbii şəkildə iştahı azalda bilər. Toxluq hissini artırdığı üçün pəhriz zamanı istifadə oluna bilər.

7. Sidikqovucu təsir göstərir

Bədəndə yığılan artıq suyun atılmasına kömək edir, ödem və şişkinlik hissini azaldar.

Ərik çayını həddindən artıq içmək ishala səbəb ola bilər. Şəkər xəstələri və aşağı təzyiqi olanlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.