Həddindən artıq şəkər istehlakı piylənmə və digər təhlükəli xəstəliklərə səbəb olur.

Foodinfo.az xəbərt verir ki, bu barədə mama-ginekoloq İdiliya Orfanova Gazeta.ru-ya müsahibəsində danışıb.

O vurğulayıb ki, sintetik dadlandırıcılardan istifadə də sağlamlıq problemlərinə səbəb ola bilər. 

"Baldan, həmçinin, həddindən artıq istifadə etməməlisiniz, çünki onun tərkibində qadın hormonlarının səviyyəsini azaldan və kişi hormonlarının istehsalını artıran bor var", - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, marqarin də tərkibində çoxlu miqdarda trans yağlar olduğ üçün qadınlara zərərlidir. Bu maddələr, xərçəng və piylənmə də daxil olmaqla, çoxsaylı xəstəliklərə səbəb ola bilər.

Eyni zamanda, Ortanovanın sözlərinə görə, qadının müntəzəm olaraq spirtli içkilərdən istifadəsi reproduktiv funksiyanın pisləşməsinə və hormonal pozuntulara səbəb ola bilər. Bundan əlavə, mütəxəssis qadınlara ağ maya çörəyi və bulkaları rasiondan çıxarmağı tövsiyə edib.

"Belə məhsulların müntəzəm istehlakı artıq çəkiyə və bununla bağlı xəstəliklərə səbəb ola bilər. Bundan başqa, sübut olunub ki, ağ çörəyi sevənlərdə şəkər xəstəliyinə tutulma riski taxıl çörəyinə üstünlük verənlərə nisbətən 3 dəfə yüksəkdir. Qadınlarda isə bu xəstəliyin inkişafı riski onsuz da yüksəkdir", - dedi ekspert əlavə edib.

Sonda o vurğulayıb ki, hazır şorba və əriştənin, bulyon kublarının tərkibində ədviyyat və duzun çox olduğu üçün bu qidalar qadın orqanizmində qastrit və ya xoraya səbəb ola bilər, çünki qadınlarda mədənin selikli qişası daha zəifdir.