Psixoloqlar bildirirlər ki, insanlar bəzən eyni yeməyi təkrar-təkrar yeməyə meyilli olurlar. Foodinfo.az xəbər verir ki, bunun yalnız dadla bağlı olmadığı, həm də psixoloji faktorlarla əlaqəli olduğu vurğulanır.

Tanış qidalar insanlara təhlükəsizlik və rahatlıq hissi verir. Beyin bu vərdişi “təhlükəsiz və tanış” siqnalı kimi qəbul edir, ona görə həmin yemək təkrar-təkrar seçilir.

Araşdırmalar göstərir ki, stressli və gərgin anlarda insanlar sevdiyi və tanış qidalarla özlərini rahatlatmağa çalışırlar. Psixoloqlar bu halı “comfort food” (rahatlıq qidası) adlandırırlar.

Bundan başqa, yeni və fərqli yeməkləri seçmək beynin qərar vermə yükünü artırır. Eyni yeməyi yemək bu yükü azaldır və rahatlıq yaradır. Əvvəlki təcrübələrdə həmin yemək xoş hisslər yaratmışsa, beyində mükafat sistemi onu təkrar istəyir.

Həddindən artıq təkrar qida seçimi qidalanmada balansı poza bilər. Fərqli qidaları qarışdırmaq həm sağlamlıq, həm də yeməkdən zövq almaq baxımından vacib hesab olunur.