Dietoloq, qastroenteroloq, terapevt Aleksandra Razarenova çiyələyi normada yeməyi tövsiyə edib.

Foodinfo.az xəbər verir ki, ekspert Sputnik Radiosuna müsahibəsində bildirib ki, giləmeyvəyə allergik reaksiyanız varsa, onları yeməkdən çəkinməlisiniz. Həmçinin, tərkibində üzvi turşuların çox olması səbəbindən çiyələk qastrit, xora və mədə-bağırsaq traktının digər xəstəlikləri olan insanların vəziyyətini pisləşdirə bilər.

Mütəxəssisin qeyd etdiyi kimi, böyrək xəstəlikləri və şəkərli diabet xəstələri də istehlak edilən giləmeyvə miqdarına nəzarət etməlidirlər.

Gündə tövsiyə olunan çiyələk porsiyonu təxminən 150 g təşkil edir ki, bu da təxminən bir fincana bərabərdir.

Həkim qeyd edib ki, çiyələk desertlərdə istifadə olunan zaman şəkər və kalorilərə nəzarət etmək vacibdir.

Nurlan