Kişmiş həm dadlı, həm də qida dəyəri yüksək olan quru meyvələrdən biridir. Onun müntəzəm istifadəsi bir çox sağlamlıq faydası verir.

Foodinfo.az balığın faydalarını təqdim edir:

– Təbii şəkərlərlə (qlükoza, fruktoza) zəngindir, yorğunluğu azaldır.

– Qansızlıq (anemiya) riskini azaldır.

– Liflə zəngin olduğu üçün qəbizliyin qarşısını alır.

– Antioksidantlar sayəsində orqanizmi xəstəliklərdən qoruyur.

– Kalsium və bor tərkibli olduğundan sümükləri gücləndirir.

– Kaliumla zəngindir, təzyiqi tarazlaşdırmağa kömək edir.

– Tərkibindəki xüsusi turşular bakteriyaların çoxalmasını azalda bilər.

– Antioksidantları qocalmanı ləngidir, dərini gümrah göstərir.

Kişmiş çox kalorili və şəkərli olduğundan, həddindən artıq yemək kökəlmə və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə şəkərli diabeti olanlar diqqətli olmalıdır.